musiqi

24 Kasım 2014 Pazartesi

"Normal" olmaq...

and opening...

Pozitiv başlayaq, pozitiv bitirək. Dünyadakı heç bir insanın etmədiyi bir şeyi etmək istəyirəm- özümdən danışmaq. Yeah, heç kəs özündən danışmaz.
  ehm, ehm. uşaqlıqdan anormal olduğumu düşünən və normal olmağa çalışan bir tipəm. yəni anam niyə yeməyi yemədiyimi söylədikdə "mədəmdəkilər həzm olunduğundan bağırsaqlarıma keçir və məni narahat edir. bunun bitməsini gözləyirəm" demişdim və bunu dedikdə 8 yaşımdaydım. yəni sadəcə "biraz mədəm ağrıyır." demək o qədər çətin idi?! ən azından o zaman anamın qəribə baxışlarına məzur qalmazdım. təəssüfki o baxışları o çox insanda görmüşəm. ən son gördüyüm 3 ay bundan qabaqdı.

bu an onu öldürmək istəyirdim.

yəni sevdiyim və məni olanları bölüşməyi sevmirəm. bir otaqda qaldığım rəfiqəə belə əsil üzümü göstərə bilməyəcəm? həm də "moruqlu olan yerini istəyirəm!" dediyimi çox yaxşı xatırlayıram və digər tikələr var ikən illa mənimkini götürdü! 
bəzi qanunlar var. yazılmayan, adı çəkilməyən, öyrədilməyən- amma varlar. o qanunları poan insanlara dözə bilmirəm. "gülümsə", "insanları dərdlərinə bezdirmə", "çox səmimi olma", "xahiş et", "üzr istə"... ən yaxın rəfiqəm hələ də mənndən üzür istəmədiyinə görə ona içimdə incik olan biriyəm mən! mənim elədiklərimi mənə qaytarmayan insanlardan zəhləm gedir, əsəbləşirəm və onlar asid dolu bir hovuza batırıb-batırıb çıxarmaq istəyirəm.
aha, eynən bu ifadəylə yazdım.

hər zaman "normal" olmaq istədim.fərqli olmaq istəyən, fərqli davranmağa çalışan insanları gördükdə onlara rişxəndlə baxdım. çünki o qədər adi, o qədər  eyni, o qədər normal idilər ki, bundan qurtulmağa çalışmaları olduqca gülünc idi. bir otaq dolu insan söhbət edərkən kənarda dayanıb bir-birindən necə zəhlələri getmələrini, necə yalan dediklərini, necə süni danışdıqlarını, necə şişirdiklərini anlamaq və ən əsası o otaqda danışılmayan tək adam olmaq... danışmaq istəsən belə nə oxuduğun kitabları oxumuş, nə izlədiyin serialları sevən, nə qulaq asdığın bir-iki mahnını anlayan insan yoxdur və sən də tanımadığın bir Ayselin hansısa axmağın birindən necə ayrıldığı ilə maraqlanmırsan. ən pisi isə, məktəbə getmədiyindən ortaq və bir-birinin eyni olan məktəb xatirələrin yoxdur. Dəblə maraqlanmırsan, pop müsiqini sevmirsən və bu səbəbdən bibin qızı ilə axmaq bir pop muğənnisin "küt-küt" əvəzinə, "vır-vır" deyə tələfüz etdiyi və o lənətə gəlmiş stüduyada heç bir Allahın qulunun bunun fərqində olmamasından mütəvəllid (səbəbi ilə) ikinizin də fərqli anladığı mahnı ucbatından dava edə bilirsən. ən pisi isə o səhv tələfüzü tuta bilən tək insan olduğundan digər kuzenlərində sənə qarşıdır. o vaxt isə sadəcə 13 yaşında standart bir yeniyetmə olaraq bütün pop mahnıları əzbərdən bilmən lazım idi! 
like this! not exactly...

uşaqlıqdakı ən böyük qorxum ruhi xəstə olmaq idi. elə indidə "ayaqlarımın kəsilməsi"ndən sonra ikinci pillədə oturmuşdur. şərəfinə şampan partladaq! Nə xoş təsadüfdir ki, ən böyük qorxumun gerçək olmasına səbəb olacaq düşüncələrə sahib idim. bu düşüncələrlə necə "normal" davranacağımı bilmədiyimdən, uzun müddət özümə qapanıq oldum. səssiz, sakit, etiraz etməyən, istəməyən- bir sözlə var olmayan. 16 yaşımda bir kursa getdim. orda tanıdığım heç kim yox idi və ordakı heç kim də məni tanımırdı. bu bir fürsət idi! yeni bir mən görüntüsü yaratdım. biraz sevimli, biraz ağıllı, biraz nəşəli- tam 16 yaşındakı bir qız kimi. insanlar bunu normal qarşıladılar, çünki normal olan bu idi. bunu o qədər sevdim ki... amma çox da uzun çəkmədi. çünki axmaq dedi-qoduları və səfəhcə işləri sevmədiyimdən və ən əsası insanları ilk baxışda tanıyıb, lüzumsuzlardan uzaq durduğumdan yenə biraz təkləndim. bunda bir çox insanın əsəbləri ilə oynayan otaq yoldaşımın və onun qeybətini edənlərə qoşulmamamında biraz payı var. sağ olsunlar yəni. (iç səs: Allah bəlaları versin!) Sonradan həmin uzaq durduqlarımın əslində pis olduğu və onlara yapışan insanların peşman olduğu ortaya çıxdı ama, o qədər geç idi ki "mən demişdim amip beyinlilər" belə deyə bilmədim. içimdəki ən böyük peşmanlıqlardan biri də budur.
  tam faydasız sayılmaz. məni tanımayan insanlara qarşı "normal" rolu oynayıb, müqayisəli şəkildə müvəffəqiyyət qazandıqdan sonra, bunu tanıdıqlarımın da üstündə sınadım və uğurlu alındı! indi geriyə dönü baxıram da, gerizekalı mən sadəcə düşündüklərini içində tutsaydı, hər şey əla olardı. "mədəmdəkilər bağırsağıma keçir" nədir Allah eşqinə?! anamın məni övladlıqdan rədd etməməsinə sevinməliyəm.
yes, annecik hələ də məni sevir!!!



insanlar durmadan özün olmaq, fərqli olmaq haqqında zırvalar uydurular. halbuki ən doğru olan sadəcə normal olmaqdır. Çünki digər insanlar tərəfindən- daha doğrusu özünüz tərəfindən qəbul edilməyin tək yolu budur. başqalarından fərqli olmaq sizi içdən gəmirən bir qorxuya çevrilir. bu qorxu bəzən o qədər böyüyür ki, insanlardan-normallardan qorxan hala gəlirsiz. qurtulmaq istəyəndə isə bu lənətə gəlmiş etiket üstünüzdən qopmaq bilməz. insanlar sizin anormallığınızı əsla qəbul etməz və tək qalarsınız. tək qalmaq qorxulu deyil, qorxulu olan anlaşılmamaqdır. bu dünyadakı tək bir nəfərin belə sizi anlaması...

  Dəyişmək üçün, normal qalmaq üçün çox çabaladım. iyrəndiyim mahnıları dinlədim, gülməli olmayan zarafatlara qəhqəhə atdım, sevmədiyim insanlara gülümsədim və bol-bol yalan dedim. Amma mən hələ də mənəm. ətrafımdakı heç kəsin adını belə bilmədiyi Death Notedəki "L"ə aşıq olan, 13 yaşında səfilləri bitirən, 9 yaşında 9sinif bialoqiya kitabını oxuyanadək yerin altından çıxdığımıza inanan, feminist olan, çəkinmədən "seks" deyə bilən, 2 ildir nadirən yazışdığı rəfiqəsinin sırf 3 il əvvəl ailəsi haqqında danışdığı üçün hələ də dostu hesab edən, sırf 7 yaşında bir kitabdan oxudu deyə 14 ildir yemək yedikdən ən az 4 saat sonra yatan mən. insanların daha artığını bilməsinə nə ehtiyac var ki? niyə mənim dini düşüncələrimi, bütün vitamini suyuna keçdiyindn şorpaların düyüsünü yemədiyimi, dedektiv kitablarının əvvəlində qatili bildiyimi, bir insanın danışmağa başladığı anda, hətta ondan əvvəl necə insan olduğunu dəqiqliklə bildiyimi  və hələ də pərilərə inandığımı bilməlidilər ki? bunlar normal deyil.


 Bəzən düşünürəm, bəlkə də heç kəs normal deyildir. mənim kimi anormal olmaqdan it kimi qorxduqlarından normal davranmağa çalışırlar. ya da həqiqətən normal olmayan insanlar var və onlar də məni normallardan bilib, məni təqlid etməyə çalışırlar. həqiqətən, əgər varsanız və gizlənirsəniz... Gəbərin lan! olduğunuz yerdə gəbərin! fərqli olmaq düşüncəsini sevirəm və onu dəyişdirməyi ağlınıza belə gətirməyin itoğlu itlər!
hmm, bundan yaxşı dolma çıxar. bu da kiftə-bozbaşlıq



amma,arada bir, sadəcə arada bir, çooox nadirən ortaya çıxıb, tək olmadığımı hiss etdirməniz pis olmazdı...



  sonda, kiçik bacımla aramda keçən bir dialoq:
- Ateist!
- Mən oruc tuturam.
- Oruc tutan ateist!

qeyd: eyni bacı, durduq yerə mənim ateist olduğumu anama şikayət etmiş və ən başdakı dialoqa rəşmən belə məni rədd etməyən ana, təbii olaraq buna heç deməmişdir. Anormallıq genetikmi?

Hiç yorum yok:

Yorum Gönder