musiqi

23 Aralık 2014 Salı

uşaqlıq...

girlhood etməyin seksist xəstələr!

afişadan da görə biləcəyiniz kimi  sizə 2014-ün ən yaxşılarından seçilmiş "Boyhood"(uşaqlıq) haqqında danışacam... nah danışaram! birincisi: hələ izləməmişəm və 1999-da çəkilmiş "Matrix"i daha bir saat əvvəl izləmiş olduğumdan anlaya biləcəyiniz üzrə, mən izləyənə bu uşaq deyil 19, 79 yaşında olar.
ikincisi isə: lan sizin nəyinizə bir uşağın 7 yaşından bəri 12 il ərzində çəkilən 3 saatlıq bir əntəl filmi? gedin prezarvativlərin icadından xəbərsiz insanların QİÇS kimi ağır bir xəstəlikdən çıxardıqları komediyanı izləyin, ya da "Recep İvedik5"i gözləyin.( bu yazı yazıldığı anda belə 5-incisi çıxa bilər. hər ehtimala qarşı 6-yı gözləyin siz)


Ehm, danışacağım öz uşaqlığımdır:

1. klassik televizorun içindəki balaca adamlar məndə yox idi. mən insanların yerin altından çıxdığına inanırdım. 1ci sinifdə azığ adamları haqqında oxumuşdum da. hətta mənim, atamın və anamın necə yerin altından çıxdıqlarını gördüyümə və xatırladığıma əmin idim.( indi düşünürəm də, görmək istəyə biləcəyim ən son mənzərə belə deyil lan) təbii, 2-ci sinifdə 9 sinif bialogiyasını oxudum və...

2. bir dəfə şor yediyimdə atam çox şor yesəm ağaracağımı söyləmişdi (uşaq vaxtı 18-ci əsrdə yaşasam doğulduğum andan kölə ola biləcək qədər qara idim də) və mən həmin il mütləq gündə 1 dəfə də olsa şor yemişdim...

3. kiçik bacıma çox bəla açmışam (şkafda gizlədib, şkafın qapısı arxasında dayanmaq və ya 6 aylıq ikən ağzına şor tıxmaq kimi... bu arada, mənim şor fetişim-filan var deyəsən. Tanrım, ruhum fakir!) lakin, xatırladığım biri alçanı bol-bol duza batırıb ona yedirməm... daha doğrusu, mənim etdiyim duzu alçaya batırmaq sayıla bilərdi...

4. yenə eyni kiçik bacı və mən 9 yaşımda, o, isə 6. 3 ay boyunca onu qapının arxasında gizlənərək qorxutmuşdum və həmdə hər gün... bilmirəm, eyni zarafatı hər gün etmək daha çox gerizekalılıqdı, yoxsa hər gün eyni şəkildə qorxudulmaq...

5. 2ci sinifdə Cəlil Məmmədquluzadənin əsərlər toplusunu oxuyurdum və annecik o gün heç sevmədiyim qındı (mannanın Azərbaycan versiyası canlarım) bişirmişdi... qındının ən yaxşı super kleydən belə daha yaxşı yapışdırıcı ola biləcəyinizdən xəbəriniz var idi? mənim var və o zavallı kitabın da...

6. hər bir uşağın dırnaq yemə keçmişi vardır... mən isə dırnaq deyil, dəri yeyərdim... Dırnaq demişkən, dırnaq yegəsindən (pilka rus köpəyi olmuş canlarım) istifadə etməyi 13 yaşımda atam mənə öyrətmişdi.

7. ilk eşqim heç olmadı, lakin, 13 yaşımın yazında bizə gələn qohum uşaqlarının hər biri öz sevdiyi oğlandan danışdıqda "qonşudan qalma geri" ilə mən də birini sevdiyimi demişdim və qızlar israr etmişdi. ağzımdan kimin adı çıxdı sizcə? qohumumun... ən pisi isə, o qohumumun bacısı 3 gün sonra evə zəng edib mənə qardaşınında məni sevdiyini söyləmişdi... "yerin yarılması diləyi"nin əsla gərçəkləşmədiyini öyrəndiyim gün idi...

8. şprisin içindəki o dörd ağ paneli olan şeyi çıxarıb, ondan mini kotan tiği bir şey düzəltmək istəmiş və kəskin(!) zəkam ilə bunun  üçün ügücdən istifadə etməyi seçmişdim... ilk sınağımdaca baş barmağımı az qala sümüyümə çatacaq qədər kəsmiş və səsimi belə çıxara bilmədən qanın dayanmadan axmasını izləmişdim. qəhraman kiçik bacım gəlmiş və edə bildiyi tək yaxşı iş olan "qışqırıq" ilə anama xəbər vermişdi( bütün o şor, şkaf və düz üçün sorry. qalan nə etmişəmsə, əcəb etmişəm!). 2 saat sonra barmağımda böyük bir sarğı ilə əmimqızıyla gizlənpaç oynayırdım...

9. nənənin gizli ( hər zaman eyni yerdə və eyni qabın içində) turşu anbarından əmi qızı ilə turşu oğurlamaq. ən əsası, bunu birimizin nənənin başını qatarkən, digərinin oğurlaması şəklində etmək. lan 7-8 yaşında dünyanın ən klassik soyğun taktikasını etmişik be!

10. olub ola biləcək bütün iyrəncliklər! soxulcanlarla oynamaq, parçanı isladıb divara dırmağan qarışqaların üstlərinə qoyaraq onları yaxalamaq və ölməsi üçün suya salmaq. (suyun içində 2 həftə yaşaya bilərmişlər anasını satayım. qarışqa qarışqa deyil, terminator!), ən iyrənc qoxulu bitkilərin arasında gizlənmək və yenə ən iyrənc qoxulu bitkilərin içini oymaq sürəti ilə "əməliyyat" etmək...




uşaq vaxtı gördüyüm ən möhtəşəm şey isə "qarışqa toyu" idi. siz heç qarışqa toyu görmüsüz? yüzminlərlə, milyonlarla qarışqadan ibarət bir dəniz və o dənizin ortasında daşıdıqları dəyərli 2-3 sürfə... insana özünü çox kiçik və yalnız hiss etdirən bir andır.


nə isə, əminəm sizin uşaqlığınız daha bərbad keçmişdir.
hər kəs mənim kimi möhtəşəm olamaz canımmm...


elə belə olsa, əlinizə bir qələm alın və yazmağa başlayın. çünki o xatirələri itirəcəksiniz. eyni ilə uşaqlığınızı itirdiyiniz kimi...
əmin ol, o, uşaq qalmaq istərdi...




be happy  ジャミラ




Hiç yorum yok:

Yorum Gönder