musiqi

oxuyucu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
oxuyucu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Ocak 2015 Perşembe

Manqa (manga)

                                Manqa(manga)
Manqanı bir növ yapon komiksi saymaq olar, lakin amerikan komikslərindən bir çox fərqi vardır. əsas fərqlər:
  1.      .   Manqalar xüsusi buraxılışlar, “colorfull” adlı geniş yayılmamış növü və  əslində Koreya manqası olan “manhwa”lar sayılmazsa mütləq şəkildə ağ-qara çəkilmişlərdir.

          2.    Səhifələrinin sayı daha çoxdur. Komikslər  1 dəfəyə 30-50 səhifə olarkən, manqaların  “hissə” adlanan 30-45 səhifəlik buraxılışları xüsusi jurnallarda çap edilir və 3-6 aldı hissə sonra, “cild” adı altında çap edilir.
3        3.  Növ müxtəlifliyi. Komikslərdən fərqli olaraq, manqalar sadəcə elmi-fantastik, süper güclər və mənfi və ya müsbət qəhraman ehtiva etmir.

 Hazır manqalardaki geniş növ müxtəlifliyindən bəhs etmişkən, qısa bir açıqlama: manqalar sadəcə içindəkilərə görə yox, oxuyucu kütləsinə görə də növlərə ayrılır. Məsələn : shoujo (yap: gənc qız) manqalar əsasən 18 yaşdan aşağı yeniyetmə qızları hədəfləyir və çoxluqla eşq macərəlarından, məktəb həyatından bəhs edir. Içində qəhramanlıq və fantastika ünsürləri daşıyan shoujo manqalar da vardır və buna ən böyük örnək çoxumuzun biləcəyi “bishoujo senshi sailor moon” (ay savaşçısı) manqasıdır.
məndən təsirlənib yaradılanlara sözüm var: buralar mənim tretoriyamdı!

Shounen (yap; gənc oğlan) : Əsasən yeniyetmə oğlanları hədəfləyir. Içində qəhramanlıq, bir az fantastika və çox zamanda hər hansı bir idman növü ünsürləri ehtiva edir. Məs: Ao no exorcist, Captain Tsubasa

Josei (yap: qadın).  18 yaşından böyük qadınların marağını çəkəcək daha ciddi manqalardır. Kişi versiyası isə “seinen” adlanır.

Manqa növlərinin çoxu tərkibi haqqında ümumi məlumat edən bir kəlimədən ibarətdir və hər dilə tərcümə edilir. Edilməyənlər isə bunlardır:
Mecha- gələcək zaman, robotlar döyüş və silahlar.
Doujinshi: manqakaların (manqa yazarları) öz hesablarına çıxardıqları manqalar.
Ecchi: yüngül dərəcədə təhrik edici ünsürlər işlədilən manqalar.
Harem: əsərin qəhramanın əkscinsinin çox olduğu manqalar.
Shoujo-ai: yüngül dərəcədə qadın homoseksuallığı ehtiva edən manqalar.Shounen-ai : yüngül dərəcədə kişi homoseksuallıq ehtiva edən manqalar. (yap: ai- sevgi)
Yuri: qadın homoseksuallığı. Yaoi: kişi homoseksuallığı. Yaoi haqqındakı bir maraqlı nüans isə, gözlənilənin əksinə daha çox qadın oxuyucuya sahib olması və Yaponiyada və digər ölkələrdə bir çox qadın fan klublarının olmasıdır.   
gəl, sadəcə obraz olmaları bəs deyilmiş kimi, bir də öz həmcinlərindən xoşlanan
super yaraşıqlı, ağıllı və seksi oğlanları izləyək. ruhi xəstə mazoxistlərik çünki...



Manqalarının spesifik xüsusiyyətlərindən hesab edilən uzun ayaqlar və iri gözləri isə, heç də yapon xalqının komplekslərindən qaynaqlanmır. Çin mədəniyyəti ilə sıx bağlı olan Yaponiyada manqaların tarixi 1700-ci illərə qədər gedir. O zamanlar, sadəcə dini(budizm) hekayələrin rəsm edildiyi üçün kağızlar olan manqaların müasir dövrümüzdəki manqalara çevrilməsi birinci dünya müharibəsin sonlandıqdan sonra başlamışdır. O zamanlar, Amerika komikslərin Yaponiyada çap edilməsi və Disney cizgi filmlərinin dolaylı təsiri ilə yapon manqa qəhramanları uzun ayaqlı və iri gözlü təsvir edilməyə başlamışdır. Müasir manqalarda isə, bunlar əsas şərt deyil artıq. 


Manqalar eyni zamanda güclü ticari vasitədir. Həm öz ölkəsində, həm də təlif haqqı nədəni ilə bir çox ölkədə satılaraq, milyonlarla dollar həcmində gəlir gətirir. Eyni zamanda, manqalar əsasında çəkilmiş animelər, “live action” adlanan filmlər və  məşhur manqa qəhramanlarının şəkilləri olan əşyalar sayəsində bu gəlir böyüyür.  Bütün bunlardan əlavə, manqalar yapon xalqına və digər ölkələrdəki oxuyucularına da mənfi-müsbət mənada təsir edir ki, bunun haqqında növbəti yazılarımın birində danışacam.

kissu kissu  ジャミーラ


26 Aralık 2014 Cuma

Oxuyucu növləri.

Kitab oxumaq indiki dövrdə xüsusi bir intelekt meyarı kimi görülür. eslində, hər dövrdə belə idi. keçmişdə belə olmasının səbəbi kitabların az, çox baha və çap edilməsinin, daşınmasının əziyyətli olması idi isə, indiki dövrdə əsas səbəb; texnologiyanın insanın beynini əvəz edəcək qədər inkişaf etməsi və kimilərinin beynini gücləndirəcək vasitələrdən çox, bir proqramın yeni versiyasını yükləməklə məşğul olmasıdır. Lakin, qəribə bir şəkildə kitab oxumaq bir dəb halını almağa başladı. artıq insanları təkcə kitab oxuyub-oxumamasına görə yox, nəyi, harda, necə və nə qədər oxuması ilə dəyərləndirməyə başladılar.  4-5 ilə "bu gün nə oxudun?" adlı televiziya proqramların çıxıb, qəribə aksenti ilə insanların oxuduğu kitabları tənqid edən tiplərlə dolması məni heç təəccübləndirməz. əl-qərəz, indi danışacağım son 10 ildə yaranan və müşahidə edə bildiyim oxuyucu tipləri. əminəm içlərindən ən azından birində özümüzü görəcəyik...




çitap dediyləri budu???


  1. kitap oxumağa yeni başlayanlar- cücələr: bu ad onlara öz qabiqlarından çıxıb, kitabların geniş dünyasına addım atdıqları üçün metafor verilməyib. qeyri-adi maraqları və hər yeni kitab gördüklərində parıldayan gözləri üçün verilib. bu tiplərin ortaq xüsusiyyətlərindən biri uşaq və ya gənc olmamalarıdır. 30-lu yaşların əvvəllərində kitab oxumağa maraq salan bu tiplər ən zərərsiz və sevimli oxuyuculardır. gördükləri hər kitabı böyük maraqla oxuyar, lakin, yaşlarının verdiyi ağırlıqla təəssüratlarını çox da bölüşməzlər. onları tanımağın ən asan yolu: kitabxanan uzaq bir küncündə, evlərində və ya iş yerlərində təklikdə əlinə kitab alıb, üzlərində böyük bir maraq ifadəsi ilə nisbətən yavaş, lakin həyacanla oxuyan birini görsəniz- bəli, bu bir "Cücə"dir.

hamısı mənim ha ha ha!


2. kolleksiyaçlar- "bazarımın bəzəyi" tipi. uşaq vaxtı güllərdən buket düzəldib, gül yarpağına satdığımız bir oyun oynardıq. hamımız ən gözəl büketi əsla satmaz və "bu bazarımın bəzəyidi" deyərdik. bu tiplər də elədir. görsəniz, kitabxanalarında yüzlərlə, bəlkə, minlərlə kitab vardır və bu kitabları əsla heç kimə verməz. işin qəribəsi: soruşsan, kitabı hardan, necə və neçəyə aldığını əzbərə deyəcək adam, kitabın içindən bir cümlə belə deyə bilməz. çünki, oxumamışdır. bu tipləri gördükdə anamın cehizliyi olan və illərdir bufetdə durmaqdan başqa bir işə yaramayan vazları yadıma düşür... onları tanımağın ən asan yolu: ən səliqəli və rəngarəng kitabxana bu insanlarda olur. kitabxanalarında əsla köhnə, əzilmiş və ya müəllifi bilinməyən kitablar olmaz.


or facebook...


3. populyaristlər - bundan Aysel (Emil) alıb... : bu tiplərin yeganə kitab seçmə kategoriyası kitabın məşhurluq dərəcəsidir. kitab haqqında bir məşhur tvit atmış, ya da qısqandığı bir dostu almışsa- iş bitmişdir. eynisindən mütləq almalı və sosial şəbəkələrə bunu car çəkməlidir. insanların tənqidinə ən çox tuş gələn tip olsa belə, məncə, ən azından oxuduğu üçün "kolleksiyaçı" tipindən bir addım öndədir. bu tipi tanımağın ən asan yolu: Kitabxanasında həm "Ovod", həm də "Soğuk kahve" olan hər bir oxuyucu bu kategoriyaya daxil edilə bilər.



yes...

4. arxeoloqlar - Tanınmaz Bilinməzovu tanımırsan?! : bu tiplər nadir olaraq görünsə belə, varlığını davam etdirməkdə israrcıdır. esas xüsusiyyətləri ədəbiyyat professorlarının belə tanımadığı, bilmədiyi bilməm hansı avropa və ya uzaq şərq yazarının oxuyucusu və müdafiəçisi olmaqdır. heç kimsə oxuduqları kitabların və ya yazarların var olub-olmadığını bilmir, çünki, əsla adlarını belə eşitməmişlərdir. bunların bir alt kateqoriyasıda ancaq qədim kitabları oxuyanlardır ki, yenə oxuduqlarının çox bilinməməsi səbəbi ilə bu kateqoriyaya girirlər. ən asan tanıma: ədəbiyatının bilindiyi İngiltərə, Fransa, Türkiyə, İran, Rusiya və Azərbaycan əvəzinə "isveçrə" deyin, "moğolustan" deyin, "banqladeş" deyin. Əminəm oralarda  bir möhtəşəm yazar olduğundan ağız dolusu danışacaqdır.


komiks deyə bir şey var..



5. asançılar - Supermen fanatları. Onlara bu adı kitab oxumaq əvəzinə, komiks oxumalarının daha yaxşı olacağını xatırlatmaq üçün verilib. bu tiplər kitabların içinə görə yox, çölünə görə qiymətləndirir. daha doğrusu: nazikliyi və şəkillərin sayına görə. olduqca zəif oxuyucu olan bu tiplərin tək üstünlüyü isə daha əyləncəli kitablar oxumasıdır. Onları komikslərə və ya mangalara yönəltmək lazımdır. tanımağın ən asan yolu: 15-24 yaş arası və çoxluqla oğlanlar. 



noüüüü ma"am.



6. entəllər - Fransızlar. bu tiplərin bircə boynunda yaylıq və başlarında şlyapa əksikdir. ideal oxuma vəziyyətlərini bir ocağın və ya pencərənin kənarındə, əllərində iri bir fincanda kofe olaraq təsvir edirlər. yalnız seçkin yazarların melonxolik əsərlərini oxuyan bu tiplərin tək mənfi xüsusiyyəti isə, dünyada kitab oxuyanın yalnızca özləri olduqlarının düşünməsidir. 18-ci əsrin Fransız kontessası kimi danışan bu tipləri anlamaq olduqca çətindir. siz anlamazsanız, onlar öz kitablarına və -var isə- pişiklərinə meyil salar, süzgün gözlərini bir anlıq sizə dikib, uzaqlaşarlar. tanımaq üçün: sadəcə "kitab" deyin və onun söylədiklərini dinləyin. eyni cümlədə 3 "intibah", 2 "franssız" və 5 indi xatırlamadığınız "post-"lu-filan bir şeylər dediysə, təbrik edirəm.




and boys, never falling love of you.



7. xəyalpərəstlər- Alice. bu tiplər öz möhtəşəm xəyal gücləri ilə ön plana çıxmaqdadır. problem ondadır ki, bu xeyal gücü bəzən şizofreniyanın başlanğıcı həddinə çata bilir. əsasən əsərlərdəki baş qəhraman yerində özlərini təsəvvvür edən bu insanlar, vaxtında müdaxilə etmədikdə işi böyüdə bilərlər. bir dəfəsində özünü Sanço Pançonun eşşəyi olaraq xəyal edən birini tanımışdım... yalnızca
özlərinə zərərləri olan bu insanları bəzi kitablardan uzaq tutmaq gərək. örnək: "Mənim Mübarizəm". 
tanımaq: gərək yoxdur. ilk cümlələrindən etibarən "mən bunu hardasa oxumuşam?." sualı beyninizdə cövlan edəcək onsuzda.



və əsla sevgilisi olmadı...



8. yalquzaq - eynəklilər. bu tiplərin mütləq eynəyi olması gərəkməz, eynək əslində beyinlərindədir. kitablara sevdikləri üçün deyil, öyrənmək üçün bağlı olan bu insanların dostları çox deyildir və bəzi məlumatlara görə, əks cinslə də çox söhbət etməzlər. kitablar təkliyi, təklik asosyallığı və asosyallıq tənhalığı çağırır...əsasən elmi kitablar oxuyan bu tiplərin ortaq özəlliyi tələbə və ya bir şəkildə bu statusa yaxın bir işdə işləyir olmalarıdır. Əslində, danışsalar olduqca maraqlı və bilgili söhbət edə bilmə qabiliyyəti olan insanların tək problemi danışmamaqlarıdır. asan tanıma: mümkün deyil. Görünməz kimidirlər. Ancaq və ancaq gözünüzün ucu ilə sadə geyimlə və mütləq qalın bir kitab oxuyarkən görə bilərsiniz. üzünüzü çevirdikdə isə... necə yox olduqları bilinmir.


hmfff, kitab qoxusu...


9. ətir sevərlər - La parfumme. istər inan, istər inanmayın sırf yeni kitab qoxusu üçün kitab alan insanlar tanıdım. yəni, bu kitabı oxumaq üçün alan insanın, o təzə kitab qoxusunu ciyərlərinə çəkib, zövq alması deyil. Kitabı sadəcə qoxlamaq üçün almasıdır. sadəcə, təzə də deyil; köhnə, nəmli, kifləmiş və s. kitab qoxularını sevən insanlar bunlar... Necəki şərab dequstatorları sadəcə iyləyərək hansı ildən və marka olduğunu deyə bilir, onlar da kitabın yaşını və hansı şəraitdə saxlanıldığını bilirlər... Tanımaq: sadəcə əlinizə təzə bir kitab alıb, başbarmağınızla vərəqləri tez-tez buraxın. tələyə düşən dovşan misalı çiyninizin üstündə başı bitəcəkdir. hazır gözləri yumulu ikən yaxalayın məncə.


hiyaaaaaaa!


10. oxuyucu- son kitab bükücü. bu tiplərin adı sadəcə "oxuyucu"dur. çünki sadəcə və sadəcə oxuyucudurlar. "Səfillər"dən tutmuş, qrip dərmanının istifadə göstərişlərinə qədər hər şeyi eyni sürət, dəqiqlik və maraqla oxuyurlar. əllərinə keçən hər kitab, kağız parçası, hətta paltar etiketi belə oxunmamış buraxılmaz. Onlar üçün oxumaq bir zövq, əyləncə deyil, samuray misalı girdikləri döyüşdür və bu döyüşdən mütləq qalib ayrılmalıdırlar.  tanımaq üçün: "oxuyucu" olduğundan şübhələndiyiniz birin yanından keçərkən əlinizdəki qəzet parçasını, kitab vərəqini və ya hər hansı çap yazılı kağızı yerə salın. 5 addım getdikdən sonra geriyə başdıqda okağız o insanın əlindəysə və böyük bir ciddiyətlə oxuyursa- təbriklər!





Təbii ki, yuxarıda yazdıqlarımın bir qismi gərçək olsa belə, çoxu zarafatdır və hər bir tip mütləq bir kitab sevərdir. sevmə və göstərmə şəkilləri bir az fərqli olsa belə. Yazının əvvəində dediyim kimi, hər birimiz bu kateqoriyalardan ən az birinə aidik.


çaoo