musiqi

zəka etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
zəka etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

10 Kasım 2015 Salı

Alcernon üçün güllər. ( Flowers for Algernon)


                  Alqernon üçün güllər.
Deniel kiz.
   Bu kitab haqqında Aybənizin yazısını oxuduqdan sonra onu oxumaq ehtiyacı hiss etdim. Bu elə bir ehtiyac idi ki, sanki orada yazılan hər kəlməni, hər cümləni, hər hissi, hər hadisəni anlaya biləcəyimə əmin idim və bu əminliyimi təsdiqləməliydim. Təstiqlədim.

   Kitab, Çarli adındaki İQ-su 68 olan gəncin daha ağıllı olmaq üçün üzərində sınaq keçirilməsinə razı olmasından və bu sınaq mərhələsində bütün yaşadıqlarını gündəlik halında yazmasından ibarətdir. Çarli, anası tərəfindən ağıllı olmadığı üçün rədd edildiyinə inanır və əgər ağıllı olsa, hər şeyin daha yaxşı olacağına, hər kəsin onu sevəcəyinə əmindir.  Bu sınaq isə ən birinci siçanlar üzərində yoxlanılıb və uğurlu alınan tək sınaq Alqernon adı siçan üzərində olub. Çarlidə də əməliyyat uğurla keçir və zəkası sürətlə yüksəlməyə başlayır. Eyni zamanda isə Alqernonun hərəkətlərində qəribəlik hiss olunmağa başlanır. Alqernon, zəkasını itirir...

   Əsərdə əqli cəhətdən zəifliyi olan insan təsviri çox əla alınıb. Dəfələrlə şahid olduğum saflıq, dost olmağa çalışma, insanı riqqətə gətirən sonsuz inam. Tək fərqi Çarli, uşaqlığında yaşadığı və ancaq zəka səviyyəsi yüksəldikcə onda necə izlər qoyduğunu dərk edəcəyi  travmalar sayəsində “ağıllı olmaq” istəyir. Hə, ağıllı olmaq. Ağıllı olmalıdır ki, anası onu sevsin. Ağıllı olmalıdır ki, daha çox dostları olsun. Ağıllı olmalıdır ki, o da hər kəs kimi olsun. Əslində, Çarli olduqca ağıllıdır – zəkanın ən böyük mənfisi olan “fərqli olduğunu dərk etmə” səviyyəsində ağıllıdır. Elə bu fərqli olduğunu dərk etmə Çarli əqli cəhətdən geri olduqda da, üstün olduqda da ona əziyyət verir. Məncə, elə əsərin ana fikri də budur:  çoxluqdan biri deyilsənsə, əzab çəkəcəksən. Çarlinin bəxti onda gətirmişdi ki, əvvəllər əzab çəkdiyini hiss etmirdi, daha doğrusu, zəkası yüksəlməyə başlayanda  “qəzəb” və “şübhə”ni kəşf edənədək bunu hiss etmirdi.  Qəzəb – onu araya qoyan uşaqlara, onu qardaşlarına döydürən qıza, köhnə məhəlləsində üst-başını ifrazatlarına bulayan oğlanlara, dostu hesab etdiyi, əslində onu dolayan iş yoldaşlarına olan qəzəb. Hər kəsə, hər şeyə olan sonsuz şübhə.  Adi bir insanın illər ərzində öyrənəcəyi, hiss edəcəyi şeyləri bir neçə həftə ərzində yaşayan zavallı Çarli...

    Digər bəyəndiyim nüans isə Çarliyə yazığınızın gəlməməsidir. Yəni, onun uşaq saflığı ilə yazdıqlarını oxuduqca doğmalaşırsan. Balaca uşağın şirin-şirin danışması kimi zövq verir adama. Hələ bir Çarlinin durğu işarələrini öyrəndiyi hissədə lap ürəkdən gülürsən. Əsərin ağırlığı Çarlinin zəkası artıqca başlayır. Onunla bərabər hiss edir, anlayır, qəzəblənirsən. Və ona acıyırsan... Böyüyürsən. Çarli də böyüyür. Tək əqli cəhətdən yox, duyğu cəhətdən də. Aşiq olur, qısqanır, ehtirası hiss edir – Kiçik Çarli isə burada qorxmağa başlayır. “Ağıllı Çarli”nin xanım Kinniana bəslədiyi hisslər kiçik Çarli üçün elə anlaşılmaz olur ki, onu dayandırır. Çarlı elə burada əslində dəyişmədiyini, əvvəlki Çarlinin şüuraltında olduğunu, onu izlədiyni bilir. Lakin o da hər kəsin ona etdiyini edir – Çarlini aldadır. Fay Lilman ilə münasibəti boyunca kiçik Çarlini qaranlıqda qoyur, zehnini  ona bağlayır. Məncə, əsərin dönüm nöqtəsi buradır. Indiyə qədər getdikcə özünə edilənləri bağışlamayan Çarli Qordon bu dəfə özü-özünü rədd edir, qəbullanmır.

    Ağır=ağır xatirələrini dərk etdikcə, kiçik Çarlini anlamağa başlayır. Anası, bacısı, yediyi kötəklər və anasının niyə onu istəmədiyi... Əslində, yazıçı burada insanların uzun müddətdir görməzdən gəldikləri, ört-bas etdikləri bir mövzuya toxunur : əqli zəifliyi olan insanların intim münasibətlər haqqındaki bilgiləri, düşüncələri, ehtiyacları. Kiçik Çarli ilkin yeniyetməlik dövründə öz cinsiyyətini kəşf etmə prosesində o qədər anasından kötək yeyir ki, bunun cinayət, qadağa olduğu hissinə qapılır. Ağıllı Çarli bunu kəşf etdikcə onu anlamağa başlayır. Və kiçik Çarli ona icazə verir.

    Çarli iç dünyasında keçmiş xatirələri və aldığı travmalar ilə mübarizə etdikcə, xaricdə də getdikcə daha da ağıllanır. Belə ki, onu əməliyyat edən, ya da onların dediyi kimi “fərd edən” professorlardan belə ağıllı olur. Onların əslində öz problemləri, qorxuları, şişirilmiş eqoları olan adi insanlar olduğunu anladıqca heyrətlənir.  Zəkasının ən pik nöqtəsində isə professor olan “adi adamların” gözündən qaçan dəhşətli gərçəyi kəşf edir – Zəka yüksəlməsi baqi deyil. Yüksəldiyi sürətdə aşağı düşəcək, hətta əvvəlkindən aşağı olacaq.  Beləcə, qalan az vaxtını bu araşdırmaya sərf etməyə qərar verir...


   Əsərdə toxunulan digər mövzu Çarlinin xanım Kinniana olan sevgisidir. Məncə, əvvəllər getdiyi əqli zəiflər üçün məktbədə müəllimə olan Kinniana bəslədiyi sevgidən daha çox, ilk əsil şəfqət gördüyü qadına bağlılıqdır. Bəlkə də elə buna görədir ki, Çarli Kinnianla yaxınlaşmağa çalışdıqca onu anası ilə eyniləşdirən və bu cür münasibətlərin “Qadağan!” olduğunu düşünən kiçik Çarli ona manə olur. Bu münasibət elə Kinnianın özü üçün də çətindir. Əvvəllər bir şeyi öyrətmək üçün dəfələrlə təkrarlamalı olduğu insan qarşısında “böyüyür” və ona cavab vermək, təfəkkürünə yetişmək nəinki çətin, artıq imkansızdır. Aralarındakı münasibəti alovlu eşq yerinə, qarşılıqlı şəfqət kimi dəyərləndirməyi seçirəm.

   Qaranlıq qalan tək nöqtə Çarli, anası və bacısı arasındaki münasibətdir. Əsər boyunca Çarli xatirələrini kəşf etdikcə görürük ki, anası Çarlinin bacısına bir zərər verməsi qorxusu ilə rədd edir. Bu qorxunun səbəbinin fiziki şiddətmi, yoxsa bir başqa şey olduğu qaranlıq qalır. Bu yazıçının seçimimi, yoxsa anlaşılmayacağını düşündüyü üçün etdiyi bir ixtisarmı, və yaxud tamamilə təsadüfmü, mənə aydın deyil.
   Ümumilikdə əsəri yüksək qiymətləndirmək olar. Hadisələrə və insanlara Çarlinin gözü ilə baxmaq, onunla bərabər hiss edib, böyümək təkrarolunmaz hissdir. Mütləq oxunmalı.



26 Aralık 2014 Cuma

Oxuyucu növləri.

Kitab oxumaq indiki dövrdə xüsusi bir intelekt meyarı kimi görülür. eslində, hər dövrdə belə idi. keçmişdə belə olmasının səbəbi kitabların az, çox baha və çap edilməsinin, daşınmasının əziyyətli olması idi isə, indiki dövrdə əsas səbəb; texnologiyanın insanın beynini əvəz edəcək qədər inkişaf etməsi və kimilərinin beynini gücləndirəcək vasitələrdən çox, bir proqramın yeni versiyasını yükləməklə məşğul olmasıdır. Lakin, qəribə bir şəkildə kitab oxumaq bir dəb halını almağa başladı. artıq insanları təkcə kitab oxuyub-oxumamasına görə yox, nəyi, harda, necə və nə qədər oxuması ilə dəyərləndirməyə başladılar.  4-5 ilə "bu gün nə oxudun?" adlı televiziya proqramların çıxıb, qəribə aksenti ilə insanların oxuduğu kitabları tənqid edən tiplərlə dolması məni heç təəccübləndirməz. əl-qərəz, indi danışacağım son 10 ildə yaranan və müşahidə edə bildiyim oxuyucu tipləri. əminəm içlərindən ən azından birində özümüzü görəcəyik...




çitap dediyləri budu???


  1. kitap oxumağa yeni başlayanlar- cücələr: bu ad onlara öz qabiqlarından çıxıb, kitabların geniş dünyasına addım atdıqları üçün metafor verilməyib. qeyri-adi maraqları və hər yeni kitab gördüklərində parıldayan gözləri üçün verilib. bu tiplərin ortaq xüsusiyyətlərindən biri uşaq və ya gənc olmamalarıdır. 30-lu yaşların əvvəllərində kitab oxumağa maraq salan bu tiplər ən zərərsiz və sevimli oxuyuculardır. gördükləri hər kitabı böyük maraqla oxuyar, lakin, yaşlarının verdiyi ağırlıqla təəssüratlarını çox da bölüşməzlər. onları tanımağın ən asan yolu: kitabxanan uzaq bir küncündə, evlərində və ya iş yerlərində təklikdə əlinə kitab alıb, üzlərində böyük bir maraq ifadəsi ilə nisbətən yavaş, lakin həyacanla oxuyan birini görsəniz- bəli, bu bir "Cücə"dir.

hamısı mənim ha ha ha!


2. kolleksiyaçlar- "bazarımın bəzəyi" tipi. uşaq vaxtı güllərdən buket düzəldib, gül yarpağına satdığımız bir oyun oynardıq. hamımız ən gözəl büketi əsla satmaz və "bu bazarımın bəzəyidi" deyərdik. bu tiplər də elədir. görsəniz, kitabxanalarında yüzlərlə, bəlkə, minlərlə kitab vardır və bu kitabları əsla heç kimə verməz. işin qəribəsi: soruşsan, kitabı hardan, necə və neçəyə aldığını əzbərə deyəcək adam, kitabın içindən bir cümlə belə deyə bilməz. çünki, oxumamışdır. bu tipləri gördükdə anamın cehizliyi olan və illərdir bufetdə durmaqdan başqa bir işə yaramayan vazları yadıma düşür... onları tanımağın ən asan yolu: ən səliqəli və rəngarəng kitabxana bu insanlarda olur. kitabxanalarında əsla köhnə, əzilmiş və ya müəllifi bilinməyən kitablar olmaz.


or facebook...


3. populyaristlər - bundan Aysel (Emil) alıb... : bu tiplərin yeganə kitab seçmə kategoriyası kitabın məşhurluq dərəcəsidir. kitab haqqında bir məşhur tvit atmış, ya da qısqandığı bir dostu almışsa- iş bitmişdir. eynisindən mütləq almalı və sosial şəbəkələrə bunu car çəkməlidir. insanların tənqidinə ən çox tuş gələn tip olsa belə, məncə, ən azından oxuduğu üçün "kolleksiyaçı" tipindən bir addım öndədir. bu tipi tanımağın ən asan yolu: Kitabxanasında həm "Ovod", həm də "Soğuk kahve" olan hər bir oxuyucu bu kategoriyaya daxil edilə bilər.



yes...

4. arxeoloqlar - Tanınmaz Bilinməzovu tanımırsan?! : bu tiplər nadir olaraq görünsə belə, varlığını davam etdirməkdə israrcıdır. esas xüsusiyyətləri ədəbiyyat professorlarının belə tanımadığı, bilmədiyi bilməm hansı avropa və ya uzaq şərq yazarının oxuyucusu və müdafiəçisi olmaqdır. heç kimsə oxuduqları kitabların və ya yazarların var olub-olmadığını bilmir, çünki, əsla adlarını belə eşitməmişlərdir. bunların bir alt kateqoriyasıda ancaq qədim kitabları oxuyanlardır ki, yenə oxuduqlarının çox bilinməməsi səbəbi ilə bu kateqoriyaya girirlər. ən asan tanıma: ədəbiyatının bilindiyi İngiltərə, Fransa, Türkiyə, İran, Rusiya və Azərbaycan əvəzinə "isveçrə" deyin, "moğolustan" deyin, "banqladeş" deyin. Əminəm oralarda  bir möhtəşəm yazar olduğundan ağız dolusu danışacaqdır.


komiks deyə bir şey var..



5. asançılar - Supermen fanatları. Onlara bu adı kitab oxumaq əvəzinə, komiks oxumalarının daha yaxşı olacağını xatırlatmaq üçün verilib. bu tiplər kitabların içinə görə yox, çölünə görə qiymətləndirir. daha doğrusu: nazikliyi və şəkillərin sayına görə. olduqca zəif oxuyucu olan bu tiplərin tək üstünlüyü isə daha əyləncəli kitablar oxumasıdır. Onları komikslərə və ya mangalara yönəltmək lazımdır. tanımağın ən asan yolu: 15-24 yaş arası və çoxluqla oğlanlar. 



noüüüü ma"am.



6. entəllər - Fransızlar. bu tiplərin bircə boynunda yaylıq və başlarında şlyapa əksikdir. ideal oxuma vəziyyətlərini bir ocağın və ya pencərənin kənarındə, əllərində iri bir fincanda kofe olaraq təsvir edirlər. yalnız seçkin yazarların melonxolik əsərlərini oxuyan bu tiplərin tək mənfi xüsusiyyəti isə, dünyada kitab oxuyanın yalnızca özləri olduqlarının düşünməsidir. 18-ci əsrin Fransız kontessası kimi danışan bu tipləri anlamaq olduqca çətindir. siz anlamazsanız, onlar öz kitablarına və -var isə- pişiklərinə meyil salar, süzgün gözlərini bir anlıq sizə dikib, uzaqlaşarlar. tanımaq üçün: sadəcə "kitab" deyin və onun söylədiklərini dinləyin. eyni cümlədə 3 "intibah", 2 "franssız" və 5 indi xatırlamadığınız "post-"lu-filan bir şeylər dediysə, təbrik edirəm.




and boys, never falling love of you.



7. xəyalpərəstlər- Alice. bu tiplər öz möhtəşəm xəyal gücləri ilə ön plana çıxmaqdadır. problem ondadır ki, bu xeyal gücü bəzən şizofreniyanın başlanğıcı həddinə çata bilir. əsasən əsərlərdəki baş qəhraman yerində özlərini təsəvvvür edən bu insanlar, vaxtında müdaxilə etmədikdə işi böyüdə bilərlər. bir dəfəsində özünü Sanço Pançonun eşşəyi olaraq xəyal edən birini tanımışdım... yalnızca
özlərinə zərərləri olan bu insanları bəzi kitablardan uzaq tutmaq gərək. örnək: "Mənim Mübarizəm". 
tanımaq: gərək yoxdur. ilk cümlələrindən etibarən "mən bunu hardasa oxumuşam?." sualı beyninizdə cövlan edəcək onsuzda.



və əsla sevgilisi olmadı...



8. yalquzaq - eynəklilər. bu tiplərin mütləq eynəyi olması gərəkməz, eynək əslində beyinlərindədir. kitablara sevdikləri üçün deyil, öyrənmək üçün bağlı olan bu insanların dostları çox deyildir və bəzi məlumatlara görə, əks cinslə də çox söhbət etməzlər. kitablar təkliyi, təklik asosyallığı və asosyallıq tənhalığı çağırır...əsasən elmi kitablar oxuyan bu tiplərin ortaq özəlliyi tələbə və ya bir şəkildə bu statusa yaxın bir işdə işləyir olmalarıdır. Əslində, danışsalar olduqca maraqlı və bilgili söhbət edə bilmə qabiliyyəti olan insanların tək problemi danışmamaqlarıdır. asan tanıma: mümkün deyil. Görünməz kimidirlər. Ancaq və ancaq gözünüzün ucu ilə sadə geyimlə və mütləq qalın bir kitab oxuyarkən görə bilərsiniz. üzünüzü çevirdikdə isə... necə yox olduqları bilinmir.


hmfff, kitab qoxusu...


9. ətir sevərlər - La parfumme. istər inan, istər inanmayın sırf yeni kitab qoxusu üçün kitab alan insanlar tanıdım. yəni, bu kitabı oxumaq üçün alan insanın, o təzə kitab qoxusunu ciyərlərinə çəkib, zövq alması deyil. Kitabı sadəcə qoxlamaq üçün almasıdır. sadəcə, təzə də deyil; köhnə, nəmli, kifləmiş və s. kitab qoxularını sevən insanlar bunlar... Necəki şərab dequstatorları sadəcə iyləyərək hansı ildən və marka olduğunu deyə bilir, onlar da kitabın yaşını və hansı şəraitdə saxlanıldığını bilirlər... Tanımaq: sadəcə əlinizə təzə bir kitab alıb, başbarmağınızla vərəqləri tez-tez buraxın. tələyə düşən dovşan misalı çiyninizin üstündə başı bitəcəkdir. hazır gözləri yumulu ikən yaxalayın məncə.


hiyaaaaaaa!


10. oxuyucu- son kitab bükücü. bu tiplərin adı sadəcə "oxuyucu"dur. çünki sadəcə və sadəcə oxuyucudurlar. "Səfillər"dən tutmuş, qrip dərmanının istifadə göstərişlərinə qədər hər şeyi eyni sürət, dəqiqlik və maraqla oxuyurlar. əllərinə keçən hər kitab, kağız parçası, hətta paltar etiketi belə oxunmamış buraxılmaz. Onlar üçün oxumaq bir zövq, əyləncə deyil, samuray misalı girdikləri döyüşdür və bu döyüşdən mütləq qalib ayrılmalıdırlar.  tanımaq üçün: "oxuyucu" olduğundan şübhələndiyiniz birin yanından keçərkən əlinizdəki qəzet parçasını, kitab vərəqini və ya hər hansı çap yazılı kağızı yerə salın. 5 addım getdikdən sonra geriyə başdıqda okağız o insanın əlindəysə və böyük bir ciddiyətlə oxuyursa- təbriklər!





Təbii ki, yuxarıda yazdıqlarımın bir qismi gərçək olsa belə, çoxu zarafatdır və hər bir tip mütləq bir kitab sevərdir. sevmə və göstərmə şəkilləri bir az fərqli olsa belə. Yazının əvvəində dediyim kimi, hər birimiz bu kateqoriyalardan ən az birinə aidik.


çaoo










20 Kasım 2014 Perşembe

Yalanı...sevmirem?!

deyərmişəm...

Yalanı sevirəm. yaxşı yalan deməyin zəka işi olduğunu düşünürəm. yalan deyirəm və əminəm mənə yalan deyən çox insan olmuşdur. Bəs bu insanların yalan düşmənliyi nədir? Həqiqətən varmı, yoxsa insanların yalançı olmadıqlarını düşündürmək üçü verdikləri bir özünü qoruma reaksiyasımı "mən yalanı sevmirəm"? ikincisi daha məntiqli gəlir, öncə yalanın verdiyi faydalara baxaq:
  1. özünüzü olmadığınız biri kimin qələmə verərək, daha çox diqqət mərkəzində olma və ya simpatiya toplama şansınız olar.
  2. günahkar olduğunu hər hansı bir vəziyyətdən qurtulma şansı əldə edərsiniz.
  3. sevdiklərinizi qoruyarsınız.
  4. sevmədiklrinizi incidərsiniz.
  5. yalan söyləmək beyninizi işləməyə məcbur edən bir davranış olduğundan, daha aktiv bir beynə sahib olarsınız.
  6. istədiyiniz və sizə uyğun bəhanəni əlavə edin.
  7. yalanınız ortaya çıxdığı zaman necə döyüldüyünüzü unutmayacaksınız və möhtəşəm bir xatirə... oke, buranı unuda bilərik. for now...

indi isə yalanın verdiyi zərərlər:
  1. yalanızın ortaya çıxdıqda inanılırlığınızı itirərsiniz.
  2. yalanınız ortaya çıxdıqda doğru dedikləriniz belə yalan qəbul edilər.
  3. yalanınız ortaya çıxdıqda, bu qanun pozuntusu isə Azərbaycanın ədalət və hüquq sistemi ilə yaxından tanış olarsınız. bəxtiniz varsa, o qədər də yaxından olmamasına ümid edin.
  4. yalanınız ortaya çıxdıqda sevdiklərinizi incidərsiniz.
  5. yalanınız ortaya çıxdıqda secmədikləriniz sevindirərsiniz.
  6. istədiyiniz və başınıza gələni əlavə edin.
yalanınız ortaya çıxdıqda kəndlilər sizi yaba və məşəllərlə qovalar... oke, seriously? sənin etdiyin başqa bir şey o zaman...
nə etdin sən?

yuxarıdaki maddələrin başlanğıc ifadəsinə nəzər salsaq, bütün bunlar "yalanınız ortaya çıxdıqda" olacaqlar. yəni bunları edən yalan deməniz deyil, yaxşı yalan deməməyinizdir. oke, bu Disney cizgi filmlərinin öyrətdiyindən biraz fərqli... gərək yuxarı +18 ibarəsi qoyardım. Həm beləliklə daha çox oxuyucu cəlb etmiş olardım. belə alman tərzi-filan zənn edib gələn tonlarla beyni testestoron vannası qəbul edən idiotla... ahanda, getdi beyijn yenə.
  mövzumuza dönəcək olsaq, hər kəs yalanı sevər və söyləyər. sadəcə bəzilərinin zəkası düzgün yalan deyə bilməyəcək qədər qıtdıt. yalan demək çətin işdir. bu səbəbdən yalan dediyimizdə beynimiz eziyyət çəkər və bədənimiz müxtəlif reaksiyalar verər. yuxarı baxmaq, gpzləri qırpmaq, əli ilə üzü gizləmə ehtiyacı hiss etmək, tərləmək, susamaq, qızarmaq, yalanı uydura bilmək üçün 2-3 saniyəlik pauza vermək- bir sözlə"mən bu an yalan deyirəm və bir zəhmət alnımın ortasından vurun məni" deyə baöıran yüzlərlə hərəkət. bu məntuzlə doğruyu spyləmək daha asan, lakin daha əyləncəli deyil.


  yalanlar cəmiyyətin təməl daşlarıdır. sevgilimizə görünüşü haqqında yalan deyirik, annamızın bu dəfə ləzzətli olmayan yeməyini öyürük, liderlik xususiyyetlerindən məhrum rəfiqəmizin sədr olma arzusunu dəstəkləyirik, ya da reaktiv və kütləvi imha silahlarının öldürdüklərindən əlavə qalıqlarının radiaktiv şualar yayaraq 4-5 nəsil mutasiyaya uğramış və nadir xərçənglərlə dünyaya gələcək uşaqların "var olmadığı"nı deyirik... oo, bunu edən Amerikaydı.

  tonkaku (yap: hər nəisə), yalanın olduqca faydalı və əyləncəli bir şey olduğunu qəbul etdiyimizə görə, bu mövzunu həqiqətən əyləncəli olaraq bizlərə təqdim edən bir-iki, daha dəqiq 2 erialı sizlərə təqdim edirəm: yalan dünya və beşinci boyut:

öncə mənasız ssenari və iyrənc səs tonumla həyatdan soyudacam.
nəinki yalan dediyində, son peçenyeni yəməyə çalışdıqda ağlına gələcəyik


yok, yok. zarafat hamsı. bunları izləmək istəyirsinizsə, izləyin əlbət. amam sonra "hər kəsi özüm kimi bildiyimdən həmişə aldanıram, böhüüüü" deyə zəhləmizi tökməyin. gerizekalısınız kardeşim, anlayın artıq.

tövsiyə edəcəklərim insan davranışları və mimikləri hakkında möhtəşəm məlumatlar ehtiva edən "lie to me" ( koreya olan deyil salak) 
daha asanı var: "hirslisən?"deyə soruşun. bıçaq çıxardısa, hirslidi. və... qaç!

digəri də Yaponiya istehsalı olduqca əyləncəli və bəynizimiz işləmə forması haqqında daha asan anlaya biləcəyimiz praktik məlumatlar verən "mr. Brain". 
basdığı düymə bombanın işə salması bu arada.

və sonda, unutmayın: yalan söyləmək zəka tələb edən məsuliyyətli bir işdir. bacarmırsızsa, bulaşmayın. dürüstlük çətin deyil, əksinə beynimiz üçün ən asan olan dürüst olmaqdır. insanlar o qədər yalana aludə olmuşlar ki, öz yalançılıqlarını ört-bas etmək üçün dürüstlüyü çətin, nadir və möhtəşəm bir şeymiş kimi qələmə verməyə çalışırlar. yalandır...
  Yalan deməyin özü zəka tələb edən, çətin və qarmaşıq işdir. hər kəs bacarmaq və edə bilənə hörmət etmək gərəkdir. düzü, edə bilən birinin yalan dediyini anlaya bilməyəcəyimizə görə, əsla lazımınca qiymətləndirə bilməyəcəyik. nice, ha? 
Gregory House əmimizin dediyi kimi


müəllif: ジャミーラ