musiqi

18 Ocak 2015 Pazar

Yüz illik tənhalıq


Yüz illik tenhalıq...
Bir xanım məndən bu əsəri oxuyub, bir esse yazmağımı istədiyində, ağlımdan keçən ilk cümlə “ hay, təkcə bu olmasın...” olmuşdu. Çünki, prinsipial olaraq populyar olan, ya da yüksək ədəbi qiyməti olan kitabları oxumuram. Bu, “çılpaq kral” nağılının mənə öyrətdiyi bir şeydir. Etiraf edək, heç birimiz o nağıldaki uşaq qədər cəsur və özünəməxsus ola bilmərik. Elə mən də, əsəri oxuduqca nobel mükafatına layiq nüanslar axtardığımı və tapmadıqda öz ədəbi bilgimi sorğuladığımı etiraf edirəm. yenə də, bitirdim...
 Mənə kitabı 1 cümlə ilə izah etməmi söyləsəniz, sizə bunu deyərəm: oxudum, oxudum və oxudum.
Bəli, mən bu əsəri oxudum. Təəccüblənmədən, sevinmədən, kədərlənmədən, bu qədər əxlaqsızlığın, pedofilinin, ensestin və qətliamın qarşısında dəhşətə gəlmədən və hətta, növbəti səhifə də nə olduğunu zərrə maraqlanmadan oxudum. Bu sanki, həyat kimi idi... və, əslində bu əsərdə məncə həyatı yaşayan – həyatı mənim kimi yaşayan tək obraz Ursula idi. eynən onun səbri, güclülüyü və vecsizliyi ilə bitirdim bu əsəri. Düşündüm? Yox, düşünmədim. Çünki, həyatın özünü yaşarkən, onun haqqında düşünmək necə mənasızdırsa, dünyada məhz Macondo kimi bir kənd, Buendiolar kimi bir ailə olduğuna məni inandıran əsər haqqında düşünmək əbəsdir məncə. Bəli, elə bir yer var və o yerin taleyi elə əsərdə yazılan kimi olmalı idi.

Sonra, ağlıma gəldi, Macondanın çöküşü nə zaman başladı? Ilk Jose Arcadio yaratmaq eşqindən əl çəkib, Melquiadesin əlyazmalarına gömüldüyü gün, ya da Zabit Aourilianonun öz olmayan idealını unudub, tam bir əsgər olduğunda, bəlkə də banan fabrikin  qurulduğu gün? Əslində, Macondo o=xalqına elmin yeniliklərini öyrədən Melquiadesin qaraçı dəstəsinin yox, buzu möcüzəvi bir şeymiş kimi təqdim edən sirkin gəldiyi gün çökməyə başladı... Bu bəsit, dünyadan xəbərsiz, bir ölünün belə olmadığı kənd, o andan etibarən boş əyləncəni tanıdı, dini tanıdı, dövləti tanıdı, müharibəni tanıdı, kapitalizmi tanıdı və çökdü... Macondo, onun qurucusu Buendiolar kimi yox oldu.

Beynimə ilişən, bir nüans isə, niyə yalnızca Zabit Aurelionun və o gənc zabit zamanın bir anının donub qaldığı Melquiadesin otağını çirkli və köhnəlmiş gördüyüdür. Ikisinin də əsgər olması bir təsadüfmü, yoxsa yazıçın bir insanın həyatını asanlıqla ala bilənləri insanlıqdan kənar görməsinin bir nəticəsimi? Mən ikincisi olmasına ümid edirəm.

Bu əsərdə tüklərimi ürpədən bir cümlə varsa, o da “Mən Ərəb yarımadasının sahillərində quru qızdırmadan öldüm”- cümləsidir. əsər boyunca haqqında ən az şey bildiyiniz - Zabitin 17 Aurilianosundan belə daha az tanıdığınız – obrazı, sonunda necə yaxşı tanıdığınızı anladıqda tüklərinizi ürpərdər bu cümlə. Çünki, onun biildiklərini siz də bildiniz. Sətri sətrinə, kəlməsi kəlməsinə və son səhifəni çevirdikdə, bütün bildikləriniz uçub, getdi.

Etiraf edirəm ki, mən heç bir obrazı tanımadım, anlamadım, sevmədim və nifrət etmədim. Amma, heç birini də yadırğamadım. Axı, dedim, Macondo mənə görə var idi, elə bu qəribə taleli Buendioların olduğu kimi. Bəlkə, bir gün, 30-40 ildən sonra geriyə baxacam və həyatımın axışının bu əsərdəkindən çox da fərqlənmədiyini anlayacam. Sadəcə adlar, yaşananlar və məkanlar fərqli olacaq... Ümid edirəm, əsla bunu dərk edəcək yetkinliyə və ya yaşa çatmaram.

Əsər haqqındaki şəxsi düşüncələrimə gəldikdə: mənim tərzim deyildi və heç sevmədim. Hələ ki, bir daha oxumamağı düşünürəm. az qala, nifrət etdiyim melanxoliyaya yuvarladacaqdı məni.  Gərəksiz tək bir hissə görməsəm də, obrazların hislərinin bu qədər meşşanlaşdırılması xoş olmadı mənə. Insanın aliliyinə sitayiş edənlərdən deyiləm, amma insanların özünəməxsusluğu olmalı olduğunu düşünürəm. sevdiyim obraz olmadı, hələ ki, həyatıma və ya düşüncələrimə yön verəcək bir fikir də çıxmadı, lakin, sıxılmadım da.

Bir tək, Pilar Ternera olmasaymış, Buendiolar 3 nəsil əvvəl tükənəcəkmiş və Aureliano və Josa Arcadiolardan bezdim.  Sonda , sırf ömür boyu tanıya biləcəyim bir Aureliano və ya Arcadioya “soyadınız Buendiodur?” deyə soruşmaqdan xilas etdikləri üçün, qarışqalara təşəkkür belə etdim.
Son olaraq: ağır və əzici bir əsər olduğunu düşünürəm. yeniyetmlərə, şəxsi düşüncə forması yaranmayıb, oxuduqlarının təsirinə düşənlərə oxumamalarını şiddətlə tövsiyyə edirəm.  xoş, o tip insanlar özlərini başqalarından daha ağıllı hesab etdiyindən, yenə oxuyacaqlar və mən bunu boşa yazdım.  Mən isə, bu əsəri yaxşıca bişməsi və mənə lazım olanlar qalanadək qaynaması üçün beynimin uzaq bir küncünə itələdim.

Hər kəsə xoş mütailələr.


öpdüm, öpdüm: bu aralar "entel" takılan Cəmilə

13 Ocak 2015 Salı

Monte Kristo kontu

                                   

 Monte Kristo kontu
Hardasa, 2 həftə əvvəl televiziyada bir filmin başldadı və mən adını səsli şəkildə oxudum: Monte Kristo kontu.  Atam, bu adın tanış gəlib- gəlmədiyini soruşdu. Bir kitab adı olduğunu bildiyimi və böyük ehtimalla oxumadığımı dedim. Atam əsəri oxuduğunu deyib, ümumi məzmunu danışmağa başlayanda isə, onu dayandırıb “ bu insan həpsxanadan qaçmaq üçün ölü birinin  yerinə keçmir ki? Sonra, onu dənizə atırlar?.”, “bəs oxumamışdın?” –dedi atam və mən hələ də əvvəllər oxumadığımı düşünürəm. bu hissəsini necə bildiyimi isə, anlaya bilmirəm. elə həmin gün, pdf versiyasını yüklədim və oxumağa başladım. 1 saat əvvəl bitdi...

Bir intiqam hekayəsidir bu. Uzun, bəzən cansıxıcı və insanı təəccübləndirən bir intiqam hekayəsi. Gənc, dəli-dolu və nəşəli bir dənizçi olan Edmond Danteslə başlayır əsər. Atasını sevən, Mersedesə aşiq, cəmi 1 dəfə kapitanı ola bildiyi “Firon”un anbarında qaçaqmal bir qutu tütün, bir neçə top parçada gətirməkdən başqa bir cinayət işləməmiş bu məsum adam. Sonra, bu adam xəyanətə uğrayır. Onu 14 il İf köşkünə həbs edən 3 nəfərin paxıllığı və 1 nəfərin hərisliyidir. Öncə ölmək istəyir Dantes, sonra isə intiqam... Ona yaşama ümidini verən də,  içindəki intiqam odunun yanmasına da səbəb olan da dəli keşiş Faria olur. Bəlkə, Edmondun edəcəklərini bilsəydi, illərdir kimsəyi var olduğuna inandıra bilmədiyi xəzinəsini ona verməzdi, onsuzda ən qiymətli xəzinəsini- bilgisini vermişdi axı!

  Əsərin başından dəstəklədiyim Edmond Dantes ölür və yerinə əsərin sonuna qədər anlaya bilmədiyim Monte Kristo kontu gəlir. Elə hər şey burda başlayır...  sadəcə kiçik bir paxıllığın qurbanı olan bu adam, bu dəfə onu arxadan bıçaqlayanların qarşısına güclü, varlı və şeytanı belə aldadacaq qədər hiyləgər olaraq dikilir. Özünün sözü ilə desək “ əllərimə öldürməyi öyrətdim, gözlərimə onlar əzab çəkərkən izləməyi öyrətdim və dodaqlarıma onların bu əziyyətləri qarşısında gülümsəməyi öyrətdim”. Bəzən bu zalımlıq, onun özünü belə təəccübləndirdi. əsəri oxuyarkən, 2 fəsil əvvəl nəyə yaradığını bilmədiyin addımın, insanın belə intiqamı üçün bir alət olduğunu anlayırsan... sona yaxınlaşdıqca, özümə tez-tez bu sualı verdim : Edmond Dantes haradadır?. Çünki, bu başqa biri idi...

Əsər haqqında fikirlərimə gəldikdə, məni ən çox heyran edən o dövrün əsərlərində olduqca nadir görünən qadın obrazların rəngarəngliyi oldu. Klassik romantik romanların bilinən “əzab çəkən məsum” Valentinedən tutmuş, öz egosu, cəsarəti və kişi xisləti ilə bir az özümü gördüyüm Eugine,( bu arada, madmazal d”Armilly ilə münasibətləri məni şübhəyə salmadı, deyə bilmərəm) həm canavar, həm ana ola bilən madam Villefort, Coderoussonun cəmi bir dəfə görünən və yenə də məni dəhşətə gətirə bilən arvadı və daha digərləri. Bunun əksinə olaraq, kişi obrazları daha solğun idi. tam bir ana uşağı olan Albert, varlığının bir dəyəri olmayan Franz, həssaslığını heç sevmədiyim Maximilen və digərləri. ən çox sevdiyi obrazlar isə, nə qədər  əsas hadisələrdən uzaq qalsalar belə Noirter və Beauchamp oldu.

əsər, mənim əlimdəki versiyası 1350 səhifədir və etiraf edim ki, ortaları bir az sıxıcı keçir. Son 300 səhifəsini isə 3-4 saat dayanmadan oxudum. Başlanğıcı necə sakit idisə, sonu da bir o qədər səssiz oldu. Monte Kristo kontu xoşbəxt ola bildimi? Bu sualın cavabını indi verə bilmərəm. Çünki, mənə görə, ancaq o, nəşəli Edmond Dantes xoşbəxt ola bilərdi, bu qəlbini intiqam alovu qarsımış insan isə, nə qədər yaxşılıq etmişsə etsin, əsla tam olaraq xoşbəxt ola bilməz. Bu əsərin mənə öyrətdiyi bir şey varsa, o da ümidsizliyin içində yenidən doğulan insanların nə qədər qorxunc ola biləcəyidir.  O qədər qorxunc ki, məzlum ikən, zalım ola biləcək...

məncə oxunmalı əsərlər siyahısındadır, hətta, mütləq oxunmalı.


Qeyd: bu kitabı bir növ “silah gücünə” bitirdim. Bu 2 həftədə “ süpermen türk olsaydı pelerini annesi bağlardı” və “cahillikler kitabı”nı belə bitirmişkən, gündə 50 səhifə ondan oxumağa özümü məcbur edirdim. Sadəcə, bu qədər çox səhifəsi olan bir kitabın bitməsini istəmirdim deyəsən. Çünki, sonun məni əsla təmin edə bilməyəcəyini düşünürdüm. Indi isə, bundan daha uyğun bir son düşünə bilmirəm.

8 Ocak 2015 Perşembe

Manqa (manga)

                                Manqa(manga)
Manqanı bir növ yapon komiksi saymaq olar, lakin amerikan komikslərindən bir çox fərqi vardır. əsas fərqlər:
  1.      .   Manqalar xüsusi buraxılışlar, “colorfull” adlı geniş yayılmamış növü və  əslində Koreya manqası olan “manhwa”lar sayılmazsa mütləq şəkildə ağ-qara çəkilmişlərdir.

          2.    Səhifələrinin sayı daha çoxdur. Komikslər  1 dəfəyə 30-50 səhifə olarkən, manqaların  “hissə” adlanan 30-45 səhifəlik buraxılışları xüsusi jurnallarda çap edilir və 3-6 aldı hissə sonra, “cild” adı altında çap edilir.
3        3.  Növ müxtəlifliyi. Komikslərdən fərqli olaraq, manqalar sadəcə elmi-fantastik, süper güclər və mənfi və ya müsbət qəhraman ehtiva etmir.

 Hazır manqalardaki geniş növ müxtəlifliyindən bəhs etmişkən, qısa bir açıqlama: manqalar sadəcə içindəkilərə görə yox, oxuyucu kütləsinə görə də növlərə ayrılır. Məsələn : shoujo (yap: gənc qız) manqalar əsasən 18 yaşdan aşağı yeniyetmə qızları hədəfləyir və çoxluqla eşq macərəlarından, məktəb həyatından bəhs edir. Içində qəhramanlıq və fantastika ünsürləri daşıyan shoujo manqalar da vardır və buna ən böyük örnək çoxumuzun biləcəyi “bishoujo senshi sailor moon” (ay savaşçısı) manqasıdır.
məndən təsirlənib yaradılanlara sözüm var: buralar mənim tretoriyamdı!

Shounen (yap; gənc oğlan) : Əsasən yeniyetmə oğlanları hədəfləyir. Içində qəhramanlıq, bir az fantastika və çox zamanda hər hansı bir idman növü ünsürləri ehtiva edir. Məs: Ao no exorcist, Captain Tsubasa

Josei (yap: qadın).  18 yaşından böyük qadınların marağını çəkəcək daha ciddi manqalardır. Kişi versiyası isə “seinen” adlanır.

Manqa növlərinin çoxu tərkibi haqqında ümumi məlumat edən bir kəlimədən ibarətdir və hər dilə tərcümə edilir. Edilməyənlər isə bunlardır:
Mecha- gələcək zaman, robotlar döyüş və silahlar.
Doujinshi: manqakaların (manqa yazarları) öz hesablarına çıxardıqları manqalar.
Ecchi: yüngül dərəcədə təhrik edici ünsürlər işlədilən manqalar.
Harem: əsərin qəhramanın əkscinsinin çox olduğu manqalar.
Shoujo-ai: yüngül dərəcədə qadın homoseksuallığı ehtiva edən manqalar.Shounen-ai : yüngül dərəcədə kişi homoseksuallıq ehtiva edən manqalar. (yap: ai- sevgi)
Yuri: qadın homoseksuallığı. Yaoi: kişi homoseksuallığı. Yaoi haqqındakı bir maraqlı nüans isə, gözlənilənin əksinə daha çox qadın oxuyucuya sahib olması və Yaponiyada və digər ölkələrdə bir çox qadın fan klublarının olmasıdır.   
gəl, sadəcə obraz olmaları bəs deyilmiş kimi, bir də öz həmcinlərindən xoşlanan
super yaraşıqlı, ağıllı və seksi oğlanları izləyək. ruhi xəstə mazoxistlərik çünki...



Manqalarının spesifik xüsusiyyətlərindən hesab edilən uzun ayaqlar və iri gözləri isə, heç də yapon xalqının komplekslərindən qaynaqlanmır. Çin mədəniyyəti ilə sıx bağlı olan Yaponiyada manqaların tarixi 1700-ci illərə qədər gedir. O zamanlar, sadəcə dini(budizm) hekayələrin rəsm edildiyi üçün kağızlar olan manqaların müasir dövrümüzdəki manqalara çevrilməsi birinci dünya müharibəsin sonlandıqdan sonra başlamışdır. O zamanlar, Amerika komikslərin Yaponiyada çap edilməsi və Disney cizgi filmlərinin dolaylı təsiri ilə yapon manqa qəhramanları uzun ayaqlı və iri gözlü təsvir edilməyə başlamışdır. Müasir manqalarda isə, bunlar əsas şərt deyil artıq. 


Manqalar eyni zamanda güclü ticari vasitədir. Həm öz ölkəsində, həm də təlif haqqı nədəni ilə bir çox ölkədə satılaraq, milyonlarla dollar həcmində gəlir gətirir. Eyni zamanda, manqalar əsasında çəkilmiş animelər, “live action” adlanan filmlər və  məşhur manqa qəhramanlarının şəkilləri olan əşyalar sayəsində bu gəlir böyüyür.  Bütün bunlardan əlavə, manqalar yapon xalqına və digər ölkələrdəki oxuyucularına da mənfi-müsbət mənada təsir edir ki, bunun haqqında növbəti yazılarımın birində danışacam.

kissu kissu  ジャミーラ


26 Aralık 2014 Cuma

Oxuyucu növləri.

Kitab oxumaq indiki dövrdə xüsusi bir intelekt meyarı kimi görülür. eslində, hər dövrdə belə idi. keçmişdə belə olmasının səbəbi kitabların az, çox baha və çap edilməsinin, daşınmasının əziyyətli olması idi isə, indiki dövrdə əsas səbəb; texnologiyanın insanın beynini əvəz edəcək qədər inkişaf etməsi və kimilərinin beynini gücləndirəcək vasitələrdən çox, bir proqramın yeni versiyasını yükləməklə məşğul olmasıdır. Lakin, qəribə bir şəkildə kitab oxumaq bir dəb halını almağa başladı. artıq insanları təkcə kitab oxuyub-oxumamasına görə yox, nəyi, harda, necə və nə qədər oxuması ilə dəyərləndirməyə başladılar.  4-5 ilə "bu gün nə oxudun?" adlı televiziya proqramların çıxıb, qəribə aksenti ilə insanların oxuduğu kitabları tənqid edən tiplərlə dolması məni heç təəccübləndirməz. əl-qərəz, indi danışacağım son 10 ildə yaranan və müşahidə edə bildiyim oxuyucu tipləri. əminəm içlərindən ən azından birində özümüzü görəcəyik...




çitap dediyləri budu???


  1. kitap oxumağa yeni başlayanlar- cücələr: bu ad onlara öz qabiqlarından çıxıb, kitabların geniş dünyasına addım atdıqları üçün metafor verilməyib. qeyri-adi maraqları və hər yeni kitab gördüklərində parıldayan gözləri üçün verilib. bu tiplərin ortaq xüsusiyyətlərindən biri uşaq və ya gənc olmamalarıdır. 30-lu yaşların əvvəllərində kitab oxumağa maraq salan bu tiplər ən zərərsiz və sevimli oxuyuculardır. gördükləri hər kitabı böyük maraqla oxuyar, lakin, yaşlarının verdiyi ağırlıqla təəssüratlarını çox da bölüşməzlər. onları tanımağın ən asan yolu: kitabxanan uzaq bir küncündə, evlərində və ya iş yerlərində təklikdə əlinə kitab alıb, üzlərində böyük bir maraq ifadəsi ilə nisbətən yavaş, lakin həyacanla oxuyan birini görsəniz- bəli, bu bir "Cücə"dir.

hamısı mənim ha ha ha!


2. kolleksiyaçlar- "bazarımın bəzəyi" tipi. uşaq vaxtı güllərdən buket düzəldib, gül yarpağına satdığımız bir oyun oynardıq. hamımız ən gözəl büketi əsla satmaz və "bu bazarımın bəzəyidi" deyərdik. bu tiplər də elədir. görsəniz, kitabxanalarında yüzlərlə, bəlkə, minlərlə kitab vardır və bu kitabları əsla heç kimə verməz. işin qəribəsi: soruşsan, kitabı hardan, necə və neçəyə aldığını əzbərə deyəcək adam, kitabın içindən bir cümlə belə deyə bilməz. çünki, oxumamışdır. bu tipləri gördükdə anamın cehizliyi olan və illərdir bufetdə durmaqdan başqa bir işə yaramayan vazları yadıma düşür... onları tanımağın ən asan yolu: ən səliqəli və rəngarəng kitabxana bu insanlarda olur. kitabxanalarında əsla köhnə, əzilmiş və ya müəllifi bilinməyən kitablar olmaz.


or facebook...


3. populyaristlər - bundan Aysel (Emil) alıb... : bu tiplərin yeganə kitab seçmə kategoriyası kitabın məşhurluq dərəcəsidir. kitab haqqında bir məşhur tvit atmış, ya da qısqandığı bir dostu almışsa- iş bitmişdir. eynisindən mütləq almalı və sosial şəbəkələrə bunu car çəkməlidir. insanların tənqidinə ən çox tuş gələn tip olsa belə, məncə, ən azından oxuduğu üçün "kolleksiyaçı" tipindən bir addım öndədir. bu tipi tanımağın ən asan yolu: Kitabxanasında həm "Ovod", həm də "Soğuk kahve" olan hər bir oxuyucu bu kategoriyaya daxil edilə bilər.



yes...

4. arxeoloqlar - Tanınmaz Bilinməzovu tanımırsan?! : bu tiplər nadir olaraq görünsə belə, varlığını davam etdirməkdə israrcıdır. esas xüsusiyyətləri ədəbiyyat professorlarının belə tanımadığı, bilmədiyi bilməm hansı avropa və ya uzaq şərq yazarının oxuyucusu və müdafiəçisi olmaqdır. heç kimsə oxuduqları kitabların və ya yazarların var olub-olmadığını bilmir, çünki, əsla adlarını belə eşitməmişlərdir. bunların bir alt kateqoriyasıda ancaq qədim kitabları oxuyanlardır ki, yenə oxuduqlarının çox bilinməməsi səbəbi ilə bu kateqoriyaya girirlər. ən asan tanıma: ədəbiyatının bilindiyi İngiltərə, Fransa, Türkiyə, İran, Rusiya və Azərbaycan əvəzinə "isveçrə" deyin, "moğolustan" deyin, "banqladeş" deyin. Əminəm oralarda  bir möhtəşəm yazar olduğundan ağız dolusu danışacaqdır.


komiks deyə bir şey var..



5. asançılar - Supermen fanatları. Onlara bu adı kitab oxumaq əvəzinə, komiks oxumalarının daha yaxşı olacağını xatırlatmaq üçün verilib. bu tiplər kitabların içinə görə yox, çölünə görə qiymətləndirir. daha doğrusu: nazikliyi və şəkillərin sayına görə. olduqca zəif oxuyucu olan bu tiplərin tək üstünlüyü isə daha əyləncəli kitablar oxumasıdır. Onları komikslərə və ya mangalara yönəltmək lazımdır. tanımağın ən asan yolu: 15-24 yaş arası və çoxluqla oğlanlar. 



noüüüü ma"am.



6. entəllər - Fransızlar. bu tiplərin bircə boynunda yaylıq və başlarında şlyapa əksikdir. ideal oxuma vəziyyətlərini bir ocağın və ya pencərənin kənarındə, əllərində iri bir fincanda kofe olaraq təsvir edirlər. yalnız seçkin yazarların melonxolik əsərlərini oxuyan bu tiplərin tək mənfi xüsusiyyəti isə, dünyada kitab oxuyanın yalnızca özləri olduqlarının düşünməsidir. 18-ci əsrin Fransız kontessası kimi danışan bu tipləri anlamaq olduqca çətindir. siz anlamazsanız, onlar öz kitablarına və -var isə- pişiklərinə meyil salar, süzgün gözlərini bir anlıq sizə dikib, uzaqlaşarlar. tanımaq üçün: sadəcə "kitab" deyin və onun söylədiklərini dinləyin. eyni cümlədə 3 "intibah", 2 "franssız" və 5 indi xatırlamadığınız "post-"lu-filan bir şeylər dediysə, təbrik edirəm.




and boys, never falling love of you.



7. xəyalpərəstlər- Alice. bu tiplər öz möhtəşəm xəyal gücləri ilə ön plana çıxmaqdadır. problem ondadır ki, bu xeyal gücü bəzən şizofreniyanın başlanğıcı həddinə çata bilir. əsasən əsərlərdəki baş qəhraman yerində özlərini təsəvvvür edən bu insanlar, vaxtında müdaxilə etmədikdə işi böyüdə bilərlər. bir dəfəsində özünü Sanço Pançonun eşşəyi olaraq xəyal edən birini tanımışdım... yalnızca
özlərinə zərərləri olan bu insanları bəzi kitablardan uzaq tutmaq gərək. örnək: "Mənim Mübarizəm". 
tanımaq: gərək yoxdur. ilk cümlələrindən etibarən "mən bunu hardasa oxumuşam?." sualı beyninizdə cövlan edəcək onsuzda.



və əsla sevgilisi olmadı...



8. yalquzaq - eynəklilər. bu tiplərin mütləq eynəyi olması gərəkməz, eynək əslində beyinlərindədir. kitablara sevdikləri üçün deyil, öyrənmək üçün bağlı olan bu insanların dostları çox deyildir və bəzi məlumatlara görə, əks cinslə də çox söhbət etməzlər. kitablar təkliyi, təklik asosyallığı və asosyallıq tənhalığı çağırır...əsasən elmi kitablar oxuyan bu tiplərin ortaq özəlliyi tələbə və ya bir şəkildə bu statusa yaxın bir işdə işləyir olmalarıdır. Əslində, danışsalar olduqca maraqlı və bilgili söhbət edə bilmə qabiliyyəti olan insanların tək problemi danışmamaqlarıdır. asan tanıma: mümkün deyil. Görünməz kimidirlər. Ancaq və ancaq gözünüzün ucu ilə sadə geyimlə və mütləq qalın bir kitab oxuyarkən görə bilərsiniz. üzünüzü çevirdikdə isə... necə yox olduqları bilinmir.


hmfff, kitab qoxusu...


9. ətir sevərlər - La parfumme. istər inan, istər inanmayın sırf yeni kitab qoxusu üçün kitab alan insanlar tanıdım. yəni, bu kitabı oxumaq üçün alan insanın, o təzə kitab qoxusunu ciyərlərinə çəkib, zövq alması deyil. Kitabı sadəcə qoxlamaq üçün almasıdır. sadəcə, təzə də deyil; köhnə, nəmli, kifləmiş və s. kitab qoxularını sevən insanlar bunlar... Necəki şərab dequstatorları sadəcə iyləyərək hansı ildən və marka olduğunu deyə bilir, onlar da kitabın yaşını və hansı şəraitdə saxlanıldığını bilirlər... Tanımaq: sadəcə əlinizə təzə bir kitab alıb, başbarmağınızla vərəqləri tez-tez buraxın. tələyə düşən dovşan misalı çiyninizin üstündə başı bitəcəkdir. hazır gözləri yumulu ikən yaxalayın məncə.


hiyaaaaaaa!


10. oxuyucu- son kitab bükücü. bu tiplərin adı sadəcə "oxuyucu"dur. çünki sadəcə və sadəcə oxuyucudurlar. "Səfillər"dən tutmuş, qrip dərmanının istifadə göstərişlərinə qədər hər şeyi eyni sürət, dəqiqlik və maraqla oxuyurlar. əllərinə keçən hər kitab, kağız parçası, hətta paltar etiketi belə oxunmamış buraxılmaz. Onlar üçün oxumaq bir zövq, əyləncə deyil, samuray misalı girdikləri döyüşdür və bu döyüşdən mütləq qalib ayrılmalıdırlar.  tanımaq üçün: "oxuyucu" olduğundan şübhələndiyiniz birin yanından keçərkən əlinizdəki qəzet parçasını, kitab vərəqini və ya hər hansı çap yazılı kağızı yerə salın. 5 addım getdikdən sonra geriyə başdıqda okağız o insanın əlindəysə və böyük bir ciddiyətlə oxuyursa- təbriklər!





Təbii ki, yuxarıda yazdıqlarımın bir qismi gərçək olsa belə, çoxu zarafatdır və hər bir tip mütləq bir kitab sevərdir. sevmə və göstərmə şəkilləri bir az fərqli olsa belə. Yazının əvvəində dediyim kimi, hər birimiz bu kateqoriyalardan ən az birinə aidik.


çaoo










23 Aralık 2014 Salı

uşaqlıq...

girlhood etməyin seksist xəstələr!

afişadan da görə biləcəyiniz kimi  sizə 2014-ün ən yaxşılarından seçilmiş "Boyhood"(uşaqlıq) haqqında danışacam... nah danışaram! birincisi: hələ izləməmişəm və 1999-da çəkilmiş "Matrix"i daha bir saat əvvəl izləmiş olduğumdan anlaya biləcəyiniz üzrə, mən izləyənə bu uşaq deyil 19, 79 yaşında olar.
ikincisi isə: lan sizin nəyinizə bir uşağın 7 yaşından bəri 12 il ərzində çəkilən 3 saatlıq bir əntəl filmi? gedin prezarvativlərin icadından xəbərsiz insanların QİÇS kimi ağır bir xəstəlikdən çıxardıqları komediyanı izləyin, ya da "Recep İvedik5"i gözləyin.( bu yazı yazıldığı anda belə 5-incisi çıxa bilər. hər ehtimala qarşı 6-yı gözləyin siz)


Ehm, danışacağım öz uşaqlığımdır:

1. klassik televizorun içindəki balaca adamlar məndə yox idi. mən insanların yerin altından çıxdığına inanırdım. 1ci sinifdə azığ adamları haqqında oxumuşdum da. hətta mənim, atamın və anamın necə yerin altından çıxdıqlarını gördüyümə və xatırladığıma əmin idim.( indi düşünürəm də, görmək istəyə biləcəyim ən son mənzərə belə deyil lan) təbii, 2-ci sinifdə 9 sinif bialogiyasını oxudum və...

2. bir dəfə şor yediyimdə atam çox şor yesəm ağaracağımı söyləmişdi (uşaq vaxtı 18-ci əsrdə yaşasam doğulduğum andan kölə ola biləcək qədər qara idim də) və mən həmin il mütləq gündə 1 dəfə də olsa şor yemişdim...

3. kiçik bacıma çox bəla açmışam (şkafda gizlədib, şkafın qapısı arxasında dayanmaq və ya 6 aylıq ikən ağzına şor tıxmaq kimi... bu arada, mənim şor fetişim-filan var deyəsən. Tanrım, ruhum fakir!) lakin, xatırladığım biri alçanı bol-bol duza batırıb ona yedirməm... daha doğrusu, mənim etdiyim duzu alçaya batırmaq sayıla bilərdi...

4. yenə eyni kiçik bacı və mən 9 yaşımda, o, isə 6. 3 ay boyunca onu qapının arxasında gizlənərək qorxutmuşdum və həmdə hər gün... bilmirəm, eyni zarafatı hər gün etmək daha çox gerizekalılıqdı, yoxsa hər gün eyni şəkildə qorxudulmaq...

5. 2ci sinifdə Cəlil Məmmədquluzadənin əsərlər toplusunu oxuyurdum və annecik o gün heç sevmədiyim qındı (mannanın Azərbaycan versiyası canlarım) bişirmişdi... qındının ən yaxşı super kleydən belə daha yaxşı yapışdırıcı ola biləcəyinizdən xəbəriniz var idi? mənim var və o zavallı kitabın da...

6. hər bir uşağın dırnaq yemə keçmişi vardır... mən isə dırnaq deyil, dəri yeyərdim... Dırnaq demişkən, dırnaq yegəsindən (pilka rus köpəyi olmuş canlarım) istifadə etməyi 13 yaşımda atam mənə öyrətmişdi.

7. ilk eşqim heç olmadı, lakin, 13 yaşımın yazında bizə gələn qohum uşaqlarının hər biri öz sevdiyi oğlandan danışdıqda "qonşudan qalma geri" ilə mən də birini sevdiyimi demişdim və qızlar israr etmişdi. ağzımdan kimin adı çıxdı sizcə? qohumumun... ən pisi isə, o qohumumun bacısı 3 gün sonra evə zəng edib mənə qardaşınında məni sevdiyini söyləmişdi... "yerin yarılması diləyi"nin əsla gərçəkləşmədiyini öyrəndiyim gün idi...

8. şprisin içindəki o dörd ağ paneli olan şeyi çıxarıb, ondan mini kotan tiği bir şey düzəltmək istəmiş və kəskin(!) zəkam ilə bunun  üçün ügücdən istifadə etməyi seçmişdim... ilk sınağımdaca baş barmağımı az qala sümüyümə çatacaq qədər kəsmiş və səsimi belə çıxara bilmədən qanın dayanmadan axmasını izləmişdim. qəhraman kiçik bacım gəlmiş və edə bildiyi tək yaxşı iş olan "qışqırıq" ilə anama xəbər vermişdi( bütün o şor, şkaf və düz üçün sorry. qalan nə etmişəmsə, əcəb etmişəm!). 2 saat sonra barmağımda böyük bir sarğı ilə əmimqızıyla gizlənpaç oynayırdım...

9. nənənin gizli ( hər zaman eyni yerdə və eyni qabın içində) turşu anbarından əmi qızı ilə turşu oğurlamaq. ən əsası, bunu birimizin nənənin başını qatarkən, digərinin oğurlaması şəklində etmək. lan 7-8 yaşında dünyanın ən klassik soyğun taktikasını etmişik be!

10. olub ola biləcək bütün iyrəncliklər! soxulcanlarla oynamaq, parçanı isladıb divara dırmağan qarışqaların üstlərinə qoyaraq onları yaxalamaq və ölməsi üçün suya salmaq. (suyun içində 2 həftə yaşaya bilərmişlər anasını satayım. qarışqa qarışqa deyil, terminator!), ən iyrənc qoxulu bitkilərin arasında gizlənmək və yenə ən iyrənc qoxulu bitkilərin içini oymaq sürəti ilə "əməliyyat" etmək...




uşaq vaxtı gördüyüm ən möhtəşəm şey isə "qarışqa toyu" idi. siz heç qarışqa toyu görmüsüz? yüzminlərlə, milyonlarla qarışqadan ibarət bir dəniz və o dənizin ortasında daşıdıqları dəyərli 2-3 sürfə... insana özünü çox kiçik və yalnız hiss etdirən bir andır.


nə isə, əminəm sizin uşaqlığınız daha bərbad keçmişdir.
hər kəs mənim kimi möhtəşəm olamaz canımmm...


elə belə olsa, əlinizə bir qələm alın və yazmağa başlayın. çünki o xatirələri itirəcəksiniz. eyni ilə uşaqlığınızı itirdiyiniz kimi...
əmin ol, o, uşaq qalmaq istərdi...




be happy  ジャミラ




5 Aralık 2014 Cuma

Copy-Paste



təqlid, kopyalama, eyniləşmə və istədiyiniz hər sifət...

 Fərqli olmaq çətin, məsuliyyətli, sıxıcı və tənha olmağa səbəbiyyət verməkdir. İlk öncə, Disneyin bizə öyrətdiklərini gözdən keçirək: hər insan fərqlidir, özünəməxsusdur və möhtəşəmdir... Təbiət ana əsla bir üzgəci qüsurlu olan balığı sağ qoymaz.
facebook fonemenlerinin anası Disney...


bəzi insanlar anadangəlmə fərqlidir. məsələn mamaça oturma orqanlarına vurduqda ağlamaq əvəzinə gülərlər, ya da bir başa çılpaq çıxmaq əvəzinə Ray-ban eynək və Louis Vuitton marka çanta ile gələr... oke, heç kim o qədər orginal ola bilməz. fərqlilik insanların düşüncə tərzlərində ortaya çıxar və zamanla zövqlərinə, geyimlərinə, hərəkətlərinə, danışıqlarına əks olunar.bu səbəbdəndir ki, fərqli düşünmək əvəzəinə, bir-başa fərqli davranan insanlar balqabaqdır, kududur. yənii, işi boşdur əfəndilər. nəcəki bir kududan qaş-göz çəkib əylənmək, başını kəsib kasa etmək xaricində bir zibil olmaz, o insanların da ölüyə-diriyə xeyiri dəyməz.(vaa, "nənə" mode on!) İşin ən qorxunc yani, bu fərqli davranmağa çalışan insanların kopyaçı olması. təqlidçi yəni. necə? ən məşhur klassik kitabları oxuyub, ən bilinməyən "sənət filmləri"ni izləyərək, ən "hippi" tərzi geyimlər geyinməkdir. və o danışıqları... bir cümlə içərisində həm ərəb mənşəli unudulmuş bir söz, həm beynəlmiləl ədəbi terim, həm neolagizm, həm arxaizm, həm 5 lüğəvi mənası olmayan söz, həm 3 bağlayıcı, həm bir xarici dildəki bir sözu Azərbaycan şəkilçiləri ilə və ən əası 0(sıfır) ümumiişlək söz işlətmişsə...
run, run for your life!!!

bəli, təbrik edirik. bir təqlidçi ilə qarşı-qarşıyasınız. sadəcə "sən həyatımda gördüyüm ən fərqli, ən manyak insansan" deyin və cümlənizin həzzi ilə 3-4 saniyəlik meyxoşluq halından istifadə edib, qaçın!!!


bu təqlidçilərin ən qorxunc olanı bəlkə də spesifik-xüsusi birini təqlid edəndir... Düşmən başına a dostlar! bir rəfiqəmin deyimi ilə "mənim 60 manata aldığım ətirin 12 manatlıq geydirmələrini alıb, bunu vurmaları və ucuz iy..." (yeap, kokoş və populyarist rəfiqələrim də var mənim ) Tebii ki, mənə görə 60 manatı bir ətirə vermək əsil gerizekalılıq, amma cümlənin əsas nöqtəsi bu: əslini bilən, təqliddən əziyyət çəkər. yəni, təqlid edilənin əslini, orginalını bildiyinizdə bu təqlidçilərdən əsl əziyyət çəkən yalnızca siz olarsınız və başqa insanların niyə fərqinə varmadığını anlaya bilməzsiniz.
sizə hər yer "hakuna matata" anasını satayım!



qorxuncdan daha çox, iyrənc olan isə təqlid edilən olmanız. şəxsən özüm  mükəmməl təqlidçiyəm. Tv-de gördüyüm her şeyi teqlid ede bilme potensialina sahibem. Amma menim izlediklerimi etrafimda menden başqa kimse izlemediyinden, bu o qeder de hiss olunmaz. Tebii, bir de Davamlılıq meselesi var. Yeni bir söz, mimika, hereket öyrendiyimde bunu menimle bilinene qeder tekrarlayiram. Amma kopyaçilar ele deyildirler. Sanki arxalarinca hidroaktiv teyyare qovalayirmiş kimi, teqlid etdikleri şeyleri davamlı etmez ve yeni bir şey çıxan kimi deyişdirerler. Puhaha, gelin de profesionaldan ders alın
You not me darling...


Teqlidçiler... Onlar haqqın da çox yaza bilerem, lakin dahi bir filosofun dediyi kimi "seni çöpe atacağim poşete yazık". 

 Lakin bütün bu yazıdan çıxaracağıniz ders nedir? Özünemexsus, tekraredilmez ve ferqli olmaqmı. Yox! Yazının başında deyildiyi kimi, bura Disney filmleri deyil, real heyatdır! Teqlid edin! Sizden ağıllıları, zövqlüleri, istedadlılari ve hetta içi boşları bele! Çunki yeni bir şey etmek, demek, geyinmek tehlükelidir! Varsın, o teqlid edilen xeyallarındansizi Everest dağı ile qeyri-tebii yolla qovuşdursun, kim bilecek! Ha, bir de teqlid edilenlerin ağrısı var idi, deyilmi. İlk instagrama yemek şekli qoyan ve ya ilk defe facebookdan köhne sevgilisine söz soxanlarınnneler düşündüyünü xeyal bele ede bilmirem (cidden, neler düşünürdü o manyaklar?)

  Teqlidçilerden bu qeder danışdım, danladım, söydüm...yeni, üreyimde elbette. Lakin son bir sözüm var: en möhteşem şeyi bele etseniz, sadece teqlid olduğundannsizde xoş durmayacaq. Amma tamami ile özünemexsus olan insanlar en adi bir şeyi bele ferqli ve möhteşem şekilde ede bilir. Onlari ferqli eden de budur...
Ustaddan öyrenin...






Kiss kiss ve nah!


24 Kasım 2014 Pazartesi

"Normal" olmaq...

and opening...

Pozitiv başlayaq, pozitiv bitirək. Dünyadakı heç bir insanın etmədiyi bir şeyi etmək istəyirəm- özümdən danışmaq. Yeah, heç kəs özündən danışmaz.
  ehm, ehm. uşaqlıqdan anormal olduğumu düşünən və normal olmağa çalışan bir tipəm. yəni anam niyə yeməyi yemədiyimi söylədikdə "mədəmdəkilər həzm olunduğundan bağırsaqlarıma keçir və məni narahat edir. bunun bitməsini gözləyirəm" demişdim və bunu dedikdə 8 yaşımdaydım. yəni sadəcə "biraz mədəm ağrıyır." demək o qədər çətin idi?! ən azından o zaman anamın qəribə baxışlarına məzur qalmazdım. təəssüfki o baxışları o çox insanda görmüşəm. ən son gördüyüm 3 ay bundan qabaqdı.